Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" kanalında yayımlanan peşə təhsili üzrə "Dərs vaxtı"nın mayın 4-nə olan cədvəli açıqlanıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, sabah saat 16:15-də Geyim üzrə dizayner ixtisası üzrə Trapez ətəyin hazırlanması, 16:35-də Məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis ixtisasında isə İsitmə sistemi, komni tipli su qızdırıcıları dərsləri olacaq.