"Azercell" fakturalı xətt üzrə olan borcların ödəmə müddətini uzadıb

"Azercell" fakturalı xətt üzrə olan borcların ödəmə müddətini uzadıb
# 08 aprel 2020 10:42 (UTC +04:00)

Karantin rejimi ilə əlaqədar, “Azercell”in fakturalı xətt sisteminə aid nömrələrində 25 mart 2020-ci il tarixli faktura borcunun son ödəmə tarixi 14 gün uzadılaraq 23 aprel 2020-ci il tarixə, 5 aprel 2020-ci il tarixli faktura borcunun son ödəmə tarixi isə 5 may 2020-ci il tarixə dəyişdirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, göstərilən son ödəmə tarixinədək müvafiq faktura borcu ödənilmədiyi təqdirdə həmin nömrəyə xidmət göstərilməsinə məhdudiyyət qoyula bilər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR