Bənnanın ölümünə səbəb olan tikinti şirkətinin vəzifəli şəxsinə hökm oxunub

Bənnanın ölümünə səbəb olan tikinti şirkətinin vəzifəli şəxsinə hökm oxunub
# 17 may 2019 14:22 (UTC +04:00)

Əmək mühafizəsi qaydalarını pozaraq ehtiyatsızlıqdan insan ölümünə səbəb olmaqda təqsirləndirilən “Merkuri-İnşaat” MMC-nin iş icraçısı Ənvər Ələkbərovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

ONA-nın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 1 ilə endirib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsi Ə.Ələkbərovu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 il müddətinə azadlıqdan məhrum edib. Hökmdən narazı qalan Ə.Ələkbərov apellyasiya şikayəti verib.

İttihama görə, Ə.Ələkbərov 3 aprel 2018-ci il tarixdən “Merkuri-İnşaat” MMC-də iş icraçısı vəzifəsində işləyərkən, işlədiyi MMC-nin direktoru tərəfindən təsdiq olunmuş «iş icraçıların vəzifə təlimatına» əsasən işçinin sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən, işçilərin yüksəklikdən yıxılımasının qarşısını almaq üçün təhlükəsizlik (qoruyucu) kəmərlərdən istifadə olunmalı olduğu halda, qeyd olunan tələblərə əməl etməyib. Belə ki, 25 avqust 2018-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi I paralel küçəsinin kəsişməsində qeyd olunan ünvanda inşa olunmuş yüksək mərtəbəli binanın 5-ci mərtəbəsində hörgü işlərini yerinə yetirən cəmiyyətin bənnası Cumayev Emin Ağaismayıl oğlunun həmin mərtəbənin açıq kənarından yerə yıxılaraq sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilən xəsarətlər alması, almış olduğu xəsarətlər nəticəsində sol ağ ciyər kökünün cırılmış yarası, sağ və sol tərəfli qabırğaların çoxsaylı sınıqları, sağ mil-bilək oynağının sınığı və baş vermiş travmatik-plevropulmonal şok səbəbindən ölməsinə səbəb olub. Ə.Ələkbərova qarşı Cinayət Məcəlləsinin 162.2 (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR