Bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin video-konfrans formatında görüşü keçirilib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.
"7-ci Astana prosesi çərçivəsində Xarici İşlər nazirlərinin görüşü tele-konfrans vasitəsilə baş tutdu. Suriya məsələsi kontekstində COVID-19 pandemiyası ilə mübarizəni müzakirə etdik. Həmçinin İdlib və Fəratın şərqindəki son hadisələr, siyasi proses, humanitar vəziyyət və sığınacaq axtaranların geri qaytarılması ətrafında da müzakirələr apardıq", - deyə Türkiyə XİN başçısı qeyd edib.
***
11:46
Bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin video-konfrans formatında görüşü keçiriləcək.
APA-nın Tehran bürosunun məlumatına görə, görüş zamanı Suriyadakı vəziyyət müzakirə ediləcək.
Qeyd edək ki, sonuncu dəfə 3 ölkənin XİN başçılarının Suriya böhranı ilə bağlı görüşü 2019-cu ilin dekabr ayında Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilib.