Bakı metrosunda intervalda 5 dəqiqə ləngimə müşahidə edilib

Bakı metrosunda intervalda 5 dəqiqə ləngimə müşahidə edilib
# 04 noyabr 2019 09:05 (UTC +04:00)

Bakı metropolitenində Həzi Aslanovdan İçərişəhər metrostansiyası xəttində hərəkət edən qatarın qapısında texniki problem yaranıb.


Bakı Metropoliteni" QSC-dən APA-ya verilən məlumata görə, yaranan problem maşinist tərəfindən aradan qaldırılıb, qatar marşrutu üzrə hərəkətini davam etdirib.

Yaranmış nasazlıqla əlaqədar intervalda 5 dəqiqəyə qədər ləngimə müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR