Fransada koronavirusa yoluxanların sayı 7,7 mini keçib

Fransada koronavirusa yoluxanların sayı 7,7 mini keçib
# 18 mart 2020 07:35 (UTC +04:00)

Fransada epidemiyanın başlanğıcından bu günədək koronavirusun yeni növünə 7,7 mindən çox yoluxma halı qeydə alınıb, 175 nəfər virusdan ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mətbuat konfransında verdiyi açıqlamasında bildirib.

“Hazırkı dəqiqədə təsdiqlənmiş yoluxma hallarının sayı 7730-dur, 175 nəfər ölüb. Hər üç gündən bir yoluxma halları ikiqat artır”, - Salomon belə deyib.

Onun sözlərinə görə, ölənlərin 7%-i 65 yaşdan aşağı olan şəxslərdir. Bu yaş qrupu insanlarda, həmçinin xəstəliyin ağır keçməsi halları müşahidə edilir.

“Ümumilikdə 2579 nəfər xəstəxanalara yerləşdirilib. Bu o deməkdir ki, 5 min insan sağalaraq evə buraxılıb, ya da ev şəraitində karantin keçir”, - deyə baş direktor bildirib. O, həmçinin son iki gündə 602 nəfərin sağalaraq xəstəxanaları tərk etdiyini də əlavə edib. Reanimasiyalarda əvvəlki kimi 699 nəfər saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR