“Smartpay” sistemi ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 54 min manatdan çox vəsait köçürülüb

“Smartpay” sistemi ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 54 min manatdan çox vəsait köçürülüb
# 29 mart 2020 18:59 (UTC +04:00)

“Smartpay” elektron ödəniş sistemi üzərindən Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək 349 fiziki şəxs tərəfindən 54 min 292 manat 64 qəpik məbləğində pul vəsaiti ianə edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu sistem vasitəsi ilə ianələrin köçürülməsi üçün texniki platforma Mərkəz tərəfindən işə salınıb. İanə üzrə əməliyyat komissiya haqqı tutulmadan həyata keçirilir.

Hazırda “Smartpay” sistemi üzərindən respublikanın bütün regionlarını əhatə edən “Azərpoçt” MMC-nin filialları və şöbələrində, “Naxçıvanbank”ın, “Rabitəbank”ın ödəmə terminallarında, həmçinin evdən çıxmadan “kassam.az”, “modenis.az”, “paysis.az” və “smartpay.az” saytları üzərindən ianə etmək imkanı yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR