"Lukoil" səhmdarlarının mənfəəti artıb

"Lukoil" səhmdarlarının mənfəəti artıb
# 10 mart 2020 17:38 (UTC +04:00)

Ötən il Rusiyanın “Lukoil” neft şirkətinin gəlirləri 7 841,2 mlrd. rubl (109,6 mln. ABŞ dolları) təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 2,4% azdır.

APA-Economics”in “Lukoil”ın maliyyə hesabatına istinadən verdiyi məlumata görə, şirkətin gəlir dinamikasına neft və neft məhsullarının qiymətinin aşağı düşməsi və neft məhsullarının ticarət həcminin azalması mənfi təsir göstərib.

Məlumata görə, 2019-cu ildə şirkətin səhmdarlarına aid olan xalis mənfəət 640,2 mlrd. rubl (8,951 mlrd. dollar) təşkil edib, bu da 2018-ci illə müqayisədə 3,4% çoxdur. Xalis mənfəətin artması amortizasiyanın artması, eləcə də valyuta fərqləri üzrə qeyri-pul mənfəətinin azalması ilə əlaqədardır.

Qeyd edək ki Rusiya Mərkəzi Bankının sabaha (11.03.2020) müəyyən etdiyi məzənnə – 72,0208 RUR/USD təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR