"Rospotrebnadzor": Rusiyada koronavirusun yayılması ilə bağlı vəziyyət stabilləşir

"Rospotrebnadzor": Rusiyada koronavirusun yayılması ilə bağlı vəziyyət stabilləşir
# 15 may 2020 17:02 (UTC +04:00)

“Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı vəziyyət stabilləşir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Rospotrebnadzor"un rəhbəri Anna Popova Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə ölkənin subyektlərində Müdafiə Nazirliyinin tibbi mərkəzlərinin açılışına həsr olunan iclasda deyib.

Onun sözlərinə görə, ölkədə COVID-19 virusunun yayılması ilə bağlı vəziyyət stabilləşir: “Lakin hələlik rahatlaşmaq olmaz. Qarşıda bizi yay fəsli gözləyir, daha sonra payız. Sonra isə qrip”.

A. Popova Rusiya Prezidentinə müraciət edərək regionlarda koronavirus xəstələri üçün inşa edilən modul tipli xəstəxanaların inşasının dayandırılmamasını xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR