Nazir müavini: Rusiya, Azərbaycan və İran dövlət başçılarının sammitinə hazırlıq gedir

Nazir müavini: Rusiya, Azərbaycan və İran dövlət başçılarının sammitinə hazırlıq gedir
# 29 may 2019 10:37 (UTC +04:00)

“Rusiya, Azərbaycan və İran dövlət başçılarının sammitinə hazırlıq gedir”.

Bunu ONA-nın Moskva müxbirinin sualına cavabında Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

Bu ilin avqust ayında Rusiya, Azərbaycan və İran prezidentlərinin növbəti üçtərəfli görüşünün Rusiyada keçiriləcəyini söyləyən rusiyalı diplomat hazırda bu görüşə hazırlıq getdiyini bildirib.

Yaxın vaxtlarda Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə səfərlərin mümkünlüyü ilə bağlı suala cavab verən Rusiya XİN başçısının müavini hər iki tərəfin belə təmaslara hazır olduğunu vurğulayıb: "Biz hər zaman liderlərimiz, hökumət başçılarımız və XİN rəhbərlərimizin görüşmələri üçün material hazırlayırıq. Ona görə də, hər iki tərəf belə təmaslara hazırdır. 2018-ci ildə belə görüşlər çox oldu. Ötən il sentyabrda Azərbaycan prezidenti İlham Əliyevin Soçiyə rəsmi səfəri mühüm oldu. İndiyə kimi bu görüşün nəticələrini hiss edirik. Bu görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi üçün işləyirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR