Rusiya vətəndaşları Siyəzəndə qəzaya düşüblər

Rusiya vətəndaşları Siyəzəndə qəzaya düşüblər
# 28 iyun 2019 10:11 (UTC +04:00)

Bu gün səhər saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şima bürosunun verdiyi məlumata görə, Rusiya vətəndaşı Sabir Quliyev idarə etdiyi “VAZ-2109” markalı avtomobil “KamAZ”la toqquşub. Qəza nəticəsində minik maşınında olan, sürücünün həyat yoldaşı, 1965-ci il təvəllüdlü Yaqut Quliyeva və qızı, 1998-ci il təvəllüdlü İlahə Quliyeva xəsarət alıblar.

Hər iki şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR