“Yevlaxın “Qaraçılar” adlanan məhəlləsində koronavirusa yoluxma faizi yüksəkdir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, amma bəzən vətəndaşlar hüquq-mühafizə orqanlarına, həkimlərə müqavimət göstərir: “İnsanlar sağlamlıqlarına ciddi yanaşmalıdırlar”.