Gürcüstanda məhkəmə Birləşmiş Milli Hərəkat Partiyasının üzvü Davit Kirkitadzenin həbsdən buraxılmasına qərar verib.
ONA-nın yerli bürosu xəbər verir ki, Qurcanidə bölgə məhkəməsində baş tutan prosesdə dövlət ittihamçsı Davit Kirkitadzeyə iki il həbs cəzası istəyib. Məhkəmə prosesində partiyanın digər liderləri də iştirak edib.
David Kirkitadze ittihamları qəbul edib, özünü təqsirli bilib və törətdiyi əmələ görə peşiman olduğunu bildirərək, üzr istəyib.
Qeyd edək ki, Davit Kirkitadze ötən il dekabrın 17-də polisə fiziki təzyiq və mülkiyyəti zədələmə iddiası ilə saxlanılmışdı.
Gürcüstanda məhkəmə müxalifətçini azad edib

Avropa

Ərdoğan: BMT Təhlükəsizlik Şurasına ümidimizi və gözləntimizi itirmişik

Ukrayna XİN Rusiya və Belarus idmançılarının Olimpiya Oyunlarında iştirakı ilə bağlı bəyanat yayıb

Litva prezidenti ukraynalı uşaqların geri qaytarılması üçün çağırış edib
