Bank Of Baku

Ötən gün 2217 nəfər “COVID-19” pasportu olmadığına görə toylara buraxılmayıb

Ötən gün 2217 nəfər “COVID-19” pasportu olmadığına görə toylara buraxılmayıb
# 10 avqust 2021 09:52 (UTC +04:00)

Avqustun 9-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 290 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq 241 şadlıq sarayında, 49 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 58 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 
- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 2217 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR