Mingəçevirdə toy məclisində 28 yaşlı qonağı bıçaqlayan şəxs saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, dünən Mingəçevirdəki şadlıq saraylarından birində keçirilən toy məclisində 1991-ci il təvəllüdlü Yevlax rayon sakini Röyal Məmmədovu bıçaqlayan şəxsin kimliyi müəyyən olunub və o, saxlanılıb.
Hadisəni törədən Mingəçevir şəhər sakini Elsevər Mustafayevdir.
Faktla bağlı araşdırma aparılır.