Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində elektrik enerjisi infrastrukturuna zərər dəyib

Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində elektrik enerjisi infrastrukturuna zərər dəyib
# 14 oktyabr 2020 12:28 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 330 dəfəyədək vurulub, həmçinin 270-dən çox transformator və 1 200-dək dayaq yararsız hala düşüb.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bununla belə təmas xəttində ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.

“Azərişıq” tərəfindən cəbhə xəttində işləyən əməkdaşların təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görüb. Xüsusi təhlükəli ərazilərdə çalışan əməkdaşlar güllə keçirməyən gödəkcə və dəbilqələrlə təmin olunub.

“Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır”, - ASC-dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR