“Partizani” – “Qarabağ” matçında Azərbaycan çempionu şanslıdır

“Partizani” – “Qarabağ” matçında Azərbaycan çempionu şanslıdır
# 10 iyul 2019 13:54 (UTC +04:00)

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan) oyunun əmsalları açıqlanıb. 

APA-nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu şanslı hesab edirlər. 

Tiranda bu gün baş tutacaq qarşılaşmada “Partizani”nin qələbəsi 4,08 əmsalla qiymətləndirilibsə, “Qarabağ”ın qalib gəlməsinə 2,05 əmsal verilib. Görüşdə heç-heçə əmsalı isə 3,28-dir. 

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR