Cəlilabadda ikimərtəbəli bina yanıb  

Cəlilabadda ikimərtəbəli bina yanıb  
# 31 iyul 2019 00:09 (UTC +04:00)

Cəlilabad şəhərində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhərin H.Əliyev prospektində yerləşən ümumi sahəsi 690 m² olan ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

Binanın ikinci mərtəbəsində Fərman Nəhmətova məxsus ümumi sahəsi 78 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 otağının tavanı 17 m² sahədə yanıb.

Hadisə yerinə FHN-in Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülərək ətrafa keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR