Özünü blogger adlandıran Tərtər sakini cərimə olunub

Özünü blogger adlandıran Tərtər sakini cərimə olunub
# 16 may 2020 17:33 (UTC +04:00)

Özünü blogger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə Rayon Polis Şöbəsinin (RPŞ) xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə protokolu tərtib edilərək sərbəst buraxılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xüsusi karantin rejiminin tətbiqindən sonra bu Z. Mahmudovun inzibati qaydada 3-cü cəzasıdır.

Qeyd olunub ki, bundan əvvəl də o, 2 dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İXM-in 211-ci maddəsinə əsasən 100 manat cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR