Bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 9,7% artaraq 49,1 mlrd. ABŞ dollarına çatıb. “APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, cari ilin əvvəlindən ölkənin valyuta ehtiyatları 4,3 mlrd. dollar artıb.
E. Rüstəmovun əlavə edib ki, ölkənin xarici iqtisadi mövqeyi yaxşılaşmaqda davam edir. Xarici ticarət balansı profisitlidir və artmaqdadır. Yanvar-iyun aylarında malların ixracı 15,2%, o cümlədən, qeyri-neft ixracı 13,5% artmaqla monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artım tempini (11,6%) üstələyib. Neftin orta qiyməti ilin ötən dövründə 66 dollardan çox olub (2018-ci ildə 72 dollar).