İsrail ordusu Suriyanın cənub-qərbindəki Əl-Kuneytra əyalətindəki bir sıra ərazilərə Qolan yüksəkliklərindən beş raket atıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Dəməşqin “Sham FM” radiostansiyası məlumat yayıb.
Məlumata görə, raket zərbələri nəticəsində maddi ziyan dəyib.