Azərbaycan güləşçisi: “Dağıstanda hamı bu xəstəliyi keçirir” - MÜSAHİBƏ

Azərbaycan güləşçisi: “Dağıstanda hamı bu xəstəliyi keçirir” - MÜSAHİBƏ
# 20 may 2020 11:26 (UTC +04:00)

Sərbəst güləş üzrə Avropa və dünya çempionatının mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Azərbaycan millisinin üzvü Camaləddin Məhəmmədovun (125 kq) apasport.az saytına müsahibəsi

- Ailənizlə birlikdə Dağıstandasınız. Orada koronavirusa yoluxma halı son vaxtlar kifayət qədər artıb. Hazırda vəziyyət necədir?
- Bəli, vəziyyət çox pisdir. Kütləvi şəkildə xəstələnmələr olur. Artıq xeyli müddət keçməsinə baxmayaraq, hələ də ağır situasiya olduğu kimi qalır. Çoxlu ölənlər var.

- Bu xəstəlikdən qorunmaq üçün nə edirsiniz?
- Vəziyyət elədir ki, xəstəlikdən qaçmaq çox çətindir. Bir neçə gün temperaturum düşmədi.

- Həkimə müraciət etmisizmi və testdən keçmisizmi?
- Bəli, həkimə getdim. Mənə müalicə yazdı. Düzdür, koronavirus testi vermədim. Amma kompüter tomoqrafiyasından keçdim. Bu elə xəstəlikdir ki, gənclər dözə bilirlər. Antibiotiklər qəbul edirik, keçib gedir. Ancaq yaşlı insanlar xəstəliyi ağır keçirirlər, onlar üçün dözmək çətin olur.

- Vəziyyətiniz nə yerdədir, artıq sağalmısınız?
- Antibiotik qəbulu və müalicədən sonra sağalmışam. İndi özümü yaxşı hiss edirəm.

- Ailə üzvləriniz və qohumlarınızda da koronavirusa yoluxma halı olub?
- Bəli, demək olar ki, hamı bu xəstəliyə yoluxur. Ailə üzvlərim və qohumlarım mənim kimi, bunu asan keçirdilər.

- Yenidən yoluxmamaq üçün nələr edirsiniz?
- Hamımız evdə oturmuşuq, çölə çıxmırıq. Təcrid vəziyyətində yaşayırıq ki, yenidən yoluxmayaq.

- Belə çətin durumda Azərbaycan Güləş Federasiyasından sizinlə maraqlanan olubmu?
- Federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudovla danışmışam. Buradakı vəziyyətlə bağlı onu məlumatlandırdım. Hamının bu xəstəliyə yoluxduğunu dedim.

- Azərbaycana nə vaxt gəlməyi planlaşdırırsınız?
- Bizdə karantin rejimidir. Bunun nə zaman bitəcəyini hələ bilmirəm. Üstəlik, sərhədlər də bağlıdır. Bütün idman zalları fəaliyyətini dayandırıb. Bu üzdən gələcəklə bağlı bir plan qurmaq qeyri-mümkündür. Çünki vəziyyətin necə cərəyan edəcəyini bilmirəm.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR