Türkiyədə 7 nəfərin ölümü, 30 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

Türkiyədə 7 nəfərin ölümü, 30 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib
# 03 may 2019 20:52 (UTC +04:00)

Türkiyənin Tokat şəhərinin Reşadiye mahalında ağır yol qəzası baş verib.

ONA-nın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb.

İlkin məlumata görə, qəza nəticəsində “34 HL 3817” dövlət nömrə nişanlı avtobusda olanlardan 7 nəfəri ölüb, 30 nəfəri isə yaralanıb.

Qəza saat 17:30 radələrində Reşadiye mahalının Güvendik kəndi yaxınlığında qeydə alınıb.

Yaralılar Reşadiye Dövlət Xəstəxanasına aparılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR