Nazir Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edib - VİDEO

Nazir Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edib - VİDEO
# 14 may 2019 12:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirib.

ONA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 14-də Göyçay rayonunda vətəndaşları qəbul edib.

Heydər Əliyev Mərkəzinin binasında keçirilən qəbulda Göyçay rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bundan başqa, kadr məsələləri və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və baş idarələrin rəisləri tərəfindən qəbul olunub. Belə ki, fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev mayın 14-də Kürdəmir şəhərindəki Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Kürdəmir rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən isə mayın 14-də Ucar şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Ucar rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçirib. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR