DMX: Ölkədə 134 mindən çox əcnəbi yaşayır

DMX: Ölkədə 134 mindən çox əcnəbi yaşayır
# 20 may 2020 11:41 (UTC +04:00)

“2020-ci il 1 yanvar tarixindən bu günə qədər keçən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərin sayında azalma var. Bu ilin yanvar-fevral ayında miqrasiya baxımından çox aktiv idi, 15 faiz artım olmuşdu”.

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında deyib.

“Koronavirusa görə sərhədlərin bağlı qalması səbəbindən 44 faiz azalma olub. Hazırda ölkədə 134 mindən çox əcnəbi yaşayır. Əcnəbilər əsasən Rusiya, İran, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşlarıdır”, - deyə Xidmət rəisi vurğulayıb.

O qeyd edib ki, 1-15 mayda müraciətlərdə də azalma olub: “Ölkəyə gələn şəxslərin sayı kəskin azaldığı üçün müraciətlər də azalıb. Karantin müddətində Dövlət Miqrasiya Xidmətinin 24 saat fasiləsiz fəaliyyət göstərən 919 Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb. Mart ayından mayın 15-dək Çağrı Mərkəzinə 92 967 zəng daxil olub. Zənglərin 36 337-si müvəqqəti olma müddətinin uzadılması, 24 624-ü müvəqqəti yaşama icazəsi, 2701-i iş icazəsi, 2006-sı daimi yaşama icazəsi, 1067-si inzibati xəta, 1444-ü vətəndaşlıq məsələləri, 4408-i olduğu yer üzrə qeydiyyat, 20 380-ni isə digər məsələlərlə bağlı olub. Bu da ötən illə müqayisədə təqribən 4 dəfə çoxdur. Daxil olan müraciətlərin hər biri diqqətdə saxlanılıb və operativ şəkildə cavablandırılıb. Dövlət Miqrasiya Xidməti maarifləndirmə tədbirlərini də davam etdirib. Bütün zəruri məlumatlar həm Xidmətin internet saytı, “Facebook” və “Twitter” sosial hesabları, həm də “(012) 919” Çağrı Mərkəzi vasitəsilə əcnəbilərə çatdırılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR