“ABŞ mütəxəssisləri indiyədək koronavirus üçün yaradılmış potensial peyvəndlərdən 14 variantı seçiblər”.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp cümə günü jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dünya ölkələrinin müvafiq qurumları ilə 100-ə yaxın potensial peyvənd variantının qiymətləndirilməsi çərçivəsində əməkdaşlıq edən ABŞ mütəxəssisləri vaksinlərin ən perspektivli olan variantlarını seçiblər.
ABŞ lideri seçilmiş 14 variantın azaldılacağını istisna etməyib.