Prezident İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb  - YENİLƏNİB
# 14 fevral 2020 16:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

APA xəbər verir ki, görüşdə dövlətimizin başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğuladı.

***

15.02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR