Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin səlahiyyəti artırılıb

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin səlahiyyəti artırılıb
# 23 aprel 2020 17:33 (UTC +04:00)

Azərbaycanda dövlət geoloji ekspertizasını Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi aparacaq.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət geoloji ekspertizasının keçirilməsi Qaydaları”nda müvafiq dəyişiklik edilib.

Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı qazıntı ehtiyatları üzrə komissiyasının bu sahədə səlahiyyəti Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə verilib. Neft və qazla bağlı geoloji informasiyanın və ehtiyatların dövlət geoloji ekspertizası Energetika Nazirliyinin iştirakı ilə aparılacaq.

“Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydaları”nda da dəyişiklik edilib. İndiyə qədər kəşfiyyatı aparılmış faydalı qazıntı yataqlarının ehtiyatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyasında dövlət ekspertizası aparıldıqdan sonra həmin orqan tərəfindən təsdiq edilib. Dəyişikliyə əsasən Kəşfiyyatı aparılmış faydalı qazıntı yataqlarının ehtiyatları Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində dövlət ekspertizası aparıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyası tərəfindən təsdiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR