İtaliyada yeni növ koronavirusa yoluxanların sayı sutka ərzində 2256 nəfər artaraq 181 228 nəfərə çatıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.
Koronavirus infeksiyasına yoluxma nəticəsində son sutkada 454 italiyalı dünyasını dəyişib, virusdan ölənlərin ümumi sayı 24 114 nəfərə çatıb.