Millət vəkili: “Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirdi”

Millət vəkili: “Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirdi”
# 19 mart 2020 12:13 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamı tibb işçilərinin əməyinə verilən yüksək qiymətdir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.

Millət vəkili qeyd edib ki, sərəncama əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən ediləcək. Nazirlər Kabinetinə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək tapşırılıb: “Bu sərəncamı Azərbaycan ictimaiyyət yüksək dəyərləndirir. Deputat seçildiyim 21 saylı Nəsimi Birinci Seçki Dairəsi respublikada tibb işçilərinin ən çox olduğu ərazidir. Azərbaycan Tibb Universiteti, ayrı-ayrı tibbi araşdırma institutları, ölkənin ən aparıcı tibb müəsisəsi olan 1 saylı Kliniki-Tibbi Mərkəz də bu ərazidə yerləşir. Eyni zamanda Kliniki Tibbi Mərkəzdə koronavirusla bağlı laboratoriya yaradılıb. Laboratoriya çox yüksək səviyyəli, beynəlxalq standartlara cavab verən tibbi təchizatla təmin olunub. Gündəlik tibb işçiləri ilə də əlaqələrimiz var”.

Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirdi: “Prezident İlham Əliyevin sərəncamı Azərbaycandan yeni sosial qayğı nümunəsidir. Bu sərəncam səhiyyə işçiləri arasında, həm də cəmiyyətdə müsbət rezonans yaradıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR