İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı MM-in mayın 19-dakı iclasında müzakirə olunacaq

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı MM-in mayın 19-dakı iclasında müzakirə olunacaq
# 14 may 2020 12:21 (UTC +04:00)

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı parlamentin mayın 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR