Azərbaycan "Babək" yatağında kəşfiyyat işlərində Qazaxıstandan gətirilən avadanlıqlardan istifadə edəcək

Azərbaycan "Babək" yatağında kəşfiyyat işlərində Qazaxıstandan gətirilən avadanlıqlardan istifadə edəcək
# 30 may 2019 11:18 (UTC +04:00)

“Babək” yatağında kəşfiyyat işlərinin aparılmasında Qazaxıstandan gətirilən avadanlıqlardan istifadə olunacaq. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, Qazaxıstan tərəfi ilə artıq razılıq əldə olunub.

"İlkin olaraq bu qurğu BP tərəfindən 2-3 dayaz yataqda istifadə olunacaq, sonra isə “Babək”də qurulacaq ki, bu da bizə ucuz başa gələcək. Düşünürük ki, çatdıra bilsək, kəşfiyyat işlərini bu il, çatdırmasaq gələn il bitirə bilərik", - deyə V. Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR