Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 2 311 ton mis filizi və konsentratları idxal edib ki, bu da illik müqayisədə 1 594 ton və ya 3,2 dəfə çoxdur.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Hesabat dövründə Gürcüstanın idxal etdiyi məhsulun dəyəri 5 949,3 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin ilk 4 344,4 min dollar və ya 3,7 dəfə çoxdur.
Qeyd edək ki, 2019-cu ilin ilk dörd ayı ərzində Gürcüstan Azərbaycandan 1 604,9 min dollar dəyərində 716,1 ton mis filizi və konsentratları idxal edib.