Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinlərə müraciət edib

Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinlərə müraciət edib
# 03 iyun 2019 11:39 (UTC +04:00)

Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində Ramazan bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi iyunun 4-dən 7-nə qədər davam edəcək.

Bu barədə APA-ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, sərnişin axınının çox olması ilə əlaqədar biletlərin öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə edilməsi tövsiyə olunur: “Region avtovağzallarında ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal edilir. DANX sərnişinlərdən xahiş edir ki, hər hansı süni qiymət artımı ilə qarşılaşdıqları təqdirdə (012) 562-67-58 nömrəsinə zəng edərək məlumat versinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR