Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 20 may 2020 09:05 (UTC +04:00)

Mayın 19-da Amerika fond bazarında Dow Jones indeksi 1,59% – 24,206.86 bəndədək, S&P 500 indeksi 1,05% – 2,922.94 bəndədək, Nasdaq indeksi isə 0,54% – 9,185.10 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında mayın 19-da FTSE 100 indeksi 0,77% – 6,002.23 bəndədək, Fransa CAC-40 indeksi 0,89% – 4,458.16 bəndədək enib, Almaniya DAX-ı isə 0,15% – 11,075.29 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,36% artaraq 1 740,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05% artaraq 1,0922 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR