Boris Conson Avropa İttifaqı ilə razılaşma əldə etmək istəyir

Boris Conson Avropa İttifaqı ilə razılaşma əldə etmək istəyir
# 24 iyul 2019 19:29 (UTC +04:00)

Boris Conson Böyük Britaniyanın kraliçası II Yelizaveta ilə görüşdükdən sonra “10 Downing Street”ə gəlib.

APA-nın London bürosunun verdiyi xəbərə görə, o, burada Böyük Britaniyanın yeni Baş Naziri qismində ilk dəfə çıxış edib.

B. Conson çıxışında Avropa İttifaqı ilə razılaşma əldə etmək istədiyini, lakin razılaşmasız da Avropa İttifaqından ayrılmağa hazır olduğunu bildirib.

Yeni baş nazir risklərə deyil, yaranan imkanlara baxmağın önəmindən danışıb.

B. Conson sosial və təhsillə bağlı problemləri dərhal həll etmək üçün əlindən gələni edəcəyini, əsas vəzifəsinin Britaniya xalqına xidmət etmək, onların təhlükəsizliyini təmin etmək olduğunu qeyd edib.

B. Consonun çıxışı zamanı antibrexit tərəfdarları müxtəlif şüarlar səsləndirib.

Xatırladaq ki, Tereza Mey iyunun 7-də Mühafizəkarlar Partiyasının liderindən və Baş Nazir vəzifəsindən istefa verib. O, yeni Baş Nazirin adı açıqlanana qədər vəzifəsində qalıb. İyulun 23-də Britaniyanın keçmiş Xarici İşlər naziri Boris Conson, Britaniyanın hazırkı Xarici İşlər naziri Ceremi Hant ilə baş nazirlik uğrunda gedən mübarizədə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR