XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5
APA Xəbər Agentliyinin məhsulları və abunəlik təklifləri

Azəri-Press Agentliyi (APA) bütün əlaqəli qurumlara və quruluşlara xəbər xidməti gösrtərir. Bu xidmət çərçivəsində qurumunuzun xəbər ehtiyaclarını ödəmək, baş verən hadisələrdən anında xəbər tutmağınız, həmçinin aylıq, rüblik və illik monitorinqlər, təhlillərlə tanış olmağınız üçün Sizə beş dildə (Azərbaycan, rus, ingilis, fransız və ərəb) APA-nın xəbər paketini təklif edirik. Xəbərlərimizi gündə üç dəfə bülleten formasında almaq, həm də saytdan şifrə ilə oxumaq mümkündür. Agentlik Sizə həmçinin keyfiyyətli və orijinal fotolar, video xəbərlər təqdim edir.

APA Xəbər Agentliyi abunəçilərinə aşağıdakı məhsulları təklif edir:

1. On-line xəbər xidməti. Bu xəbərlər agentliyin saytında yerləşdirilir. Xəbərlərin bir qismi kütləvi istifadə üçün açıq saxlanılır. Kütləvi istifadə üçün məhdudlaşdırılan xəbərləri isə şirkətlə abunə müqaviləsi imzalamaqla əldə etmək mümkündür. Məhdudlaşdırılan xəbərlər 12 saat sonra kütləvi oxunuş üçün açılır. Xəbərlər gündə üç dəfə bülleten vasitəsilə də abunəçilərin e-mail ünvanına göndərilir. “APA-News” Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində gündəlik 600-a qədər xəbər yayır. Bu xəbərlərdən 50-yə qədəri fotolu, 15-20-yə qədəri isə video görüntülüdür. Xəbərlərdə Azərbaycan və Qafqazda baş verən bütün hadisələr, həmçinin dünyadakı önəmli proseslərə aid məlumatlar əksini tapır.

2. İqtisadi xəbər və analizlər. Bu xəbərlər agentliyin saytının iqtisadiyyat bölməsində yerləşdirilir. Burda xəbərlərin bir qismi kütləvi istifadə üçün açıq saxlanılır, digər qismi isə məhdudlaşdırılır və heç vaxt kütləvi istifadə üçün açılmır. Həmin xəbərlərdən yalnız agentliyin abunəçiləri yararlana bilir. “APA-Economics” üçün ayrıca tariflər təklif olunaraq, xüsusi abunə müqaviləsi bağlanılır və saytın bu bölməsinə daxil olmaq üçün ayrıca şifrə təqdim olunur. Bu bölümün abunəçilərinə gündəlik bülleten də göndərilir. Bölümün məhsulları sırasına
a) günlük iqtisadi xəbərlərdən ibarət ayrıca xəbər paketi,
b) analiz və təhlillər,
c) iqtisadi proqnozlar və trendlər,
d) bankların bütün göstəricilər üzrə aylıq renkinq cədvəlləri,
j) daşınmaz əmlak bazarının xülasəsi,
q) günlük valyuta məzənnələri,
v) neft proqnozları
f) iqtisadi müsahibələr daxildir.

3. Analitik təhlillər və şərhlər. Agentliyin bu bölümünə daxil olan yazıların sərlövhələri saytda yerləşdirilir və əksər hallarda kütləvi oxunuş üçün məhdudlaşdırılır. Agentliyin analitik bülletenləri, aylıq, rüblük və illik hazırlanır. Analitik bülletenlərdə aşağıdakı məhsullar əksini tapır:
a) Azərbaycanda və regionda, həmçinin dünyanın qaynar bölgələrində baş verən hadisələrə dair siyasi şərh və analizlər
b) iqtisadi şərhlər, analizlər, proqnozlar, renkinq cədvəlləri, monitorinqlər

4. Foto və video məhsullar. Agentlik abunəçilərinə orijinal, opetariv fotolar və video görüntülər təqdim edir. Fotoları və video görüntüləri agentliyin saytından kredit kart və ya abunə müqaviləsi bağlamaqla endirmək mümkündür. Agentlik
a) gündəlik önəmli tədbirlərin
b) dünyanın tanınmış liderlərinin,
c) məşhur ulduzların
d) müxtəlif ölkələrdəki seçki proseslərinin,
e) qaynar bölgələrdəki hadisələrin f) siyasi aksiyaların
g) partlayışlar, fövqəladə hadisələrin özəl fötolarını təqdim edir.

Həmçinin,
a) reklam çarxları
b) müxtəlif foto-tanıtım bukletləri
c) tanıtım çarxları
d) seçki reklam çarxlarının hazırlanmasını abunəçilərinə təklif edir. Agentliyin qeyd olunan bütün bölmələri üzrə məhsullarının alınması üçün ayrıca tariflər mövcuddur. Tariflərlə tanış olmaq və abunə müqaviləsi bağlamaq üçün şirkətlə əlaqə saxlamaq laızmdır.


Ünvan:
Bakı. Nəcəfqulu Rəfiyev küçəsi məhəllə 11/45
Tel: +99 412 488 35 42(43/44)
Fax: +99 412 488-35-79

e-mail: apa@azeurotel.com
subscribe@apa.az

Web: www.apa.az

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdamda avtomobil piyadani vurub
    Ağdamda avtomobil piyadanı vurub
  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ