Avropa monetar siyasəti niyə sərtləşdirmək istəyir? - TƏHLİL

avropa monetar siyaseti niye sertlesdirmek isteyir tehlil
Avrozonada sabit faizli qiymətli kağızların geri alınma həcmi yarıbayarı azaldıla bilər

Avropa Mərkəzi Bankı aktivlərin geri alınması proqramı yanvar ayında daha ən azı doqquz ay müddətinə uzadıla və eyni zamanda proqram çərçivəsində geri alınma aktivlərin aylıq həcmi ikiqat azaldıla bilər. Bununla bağlı məsləhətləşmələrin başladığı bildirilir. Ehtimallar var ki, oktyabrın 26-da nəzərdə tutulan AMB-nin ən yüksək səviyyəli rəhbərliyinin iclasında müvafiq qərar qəbul edilə bilər.

 

Artıq 2,5 il ərzində AMB Avrozona məkanında iqtisadiyyatının maliyyə dəstək proqramını həyata keçirir və onun çərçivəsində hər ay 60 mlrd. avro həcmində dövlət və yüksək reytinqli korporativ sabit faizli qiymətli kağızları geri alır ki, bununla da həmin qiymətli kağızlarının saxlayıcıları lazımı vaxtda lazımı həcmdə likvidliyi əldə edə bilir. Paralel olaraq rekord aşağı faizlər siyasətini həyata keçirməklə AMB həmin vəsaitlərinin maliyyə bazarına yönəltməyi faydasız edir, məsələn, hazırda mərkəzləşdirilmiş depozitlər üzrə faiz dərəcəsi mənfi 0,4% təşkil edir ki, bununla da maliyyə qurumlar tərəfindən vəsaitlərini AMB-də depozit kimi saxlamaq sərf etmir. Bu addımlar digər tədbir və qərarlarla birlikdə iqtisadiyyatın stimullaşdırılması siyasətinin tərkib hissələridir.

 

Makroiqtisadi fon

 

Yumşaq monetar siyasətinin bir qədər sərtləşdirilməsi üçün ilk növbədə makroiqtisadi fon müşayiəti itməlidir ki, indiki halda makroiqtisadi fon əlverişli hesab edilə bilər. Mütəxəssislər bir nəfər kimi bəyan edirlər ki, hazırda Avrozonada son onillik ərzində ən yüksək iqtisadi artım müşahidə olunur. Avrozona üzrə statistika bu barədə nə deyir? İkinci rübün nəticəsinə görə iqtisadi artım illik müqayisədə 2,3% təşkil edib ki, bu da əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə 0,6 faiz bəndi çoxdur. Avqust ayının nəticəsinə görə sənaye istehsalının həcminin artımı illik müqayisədə 3,8% təşkil edib. Bu da onu göstərir ki, bütün il ərzində daimi aylıq artım müşahidə olunub. Eyni müddət ərzində pərakəndə xərclərinin artımı 1,2%-ə bərabər olub ki, bu da il ərzində ən aşağı göstəricidir, amma bunu mövsümi yay qiymətlərin azalması ilə əlaqələndirmək olar. İşsizlik səviyyəsi hazırda 9,1% təşkil edir, bu, birincisi, illik müqayisədə 0,8 faiz bəndi azdır, ikincisi, 2009-cu ilin fevral ayından sonra qeydə alınan minimal göstəricidir. Nəhayət, sentyabrda inflyasiyanın səviyyəsi 1,5%-ə bərabərdir, halbuki ötən ilin sentyabrında inflyasiya cəmi 0,4% təşkil etmişdir. Sadalamağı davam etmək olar, amma ehtiyac yoxdur: demək olar ki, bütün makroiqtisadi göstəricilər müsbət dinamikanı nümayiş etdirir və ən əsası bu dinamika artıq davamlı xarakter alıb. Məhz bu amil AMB-ni monetar siyasətində müəyyən dəyişiklik etməyə "çağıra" bilir. Yeganə şübhə yaradan göstərici inflyasiyadır, çünki hədəf kimi 2%-lik inflyasiya götürülür, lakin məlumatlar var ki, AMB-nin rəhbərliyi əsas kimi deflyasiya təhlükəsinin olmamasını götürmək niyyətindədir və hətta 2%-lik hədəfi bir qədər azaltmağa ehtiyac duyur. Nəticədə, demək olar ki, hazırda makroiqtisadi fon elədir ki, rekord yumşaq monetar siyasətə artıq ehtiyac yoxdur. Belə fikri Avropanın aparıcı iqtisadçı və nəhəng maliyyə qurum və tənzimləyicilərinin rəhbərləri də bölüşür. Məsələn, “Bundesbank”ın prezidenti Yens Vandman bəyan edib ki, Avrozonada yaxşılaşmış iqtisadi artım dinamikası onu göstərir ki, AMB yumşaq monetar siyasətini həyata keçirməyə ehtiyac duymur. "Mərkəzi Bank tərəfindən istiqrazların geri alınması yolu ilə monetar stimullaşdırılmasına artıq ehtiyac görmürəm", deyə o bəyan edir.

 

Gözlənilən addımlar

 

Eyni zamanda Mərkəzi Bankın rəhbərliyinin fikrincə, əldə olunmuş makroiqtisadi nailiyyətlər, o cümlədən davamlı iqtisadi artım hələlik o dərəcədə deyil ki, stimullaşdırma proqramı və siyasətindən tam imtina edə bilsin. Hazırda söhbət onun darlaşdırılmasından gedir və bunun əsas səbəbi məhz inflyasiyadır. AMB-nin rəhbəri Mario Draqı bəyan edib ki, inflyasiyanın davamlı olduğu fonda onun səviyyəsinin hədəf səviyyəsinə kimi yaxınlaşması hələlik lazımı səviyyədə deyil və hələlik iqtisadiyyata monetar dəstəyində ehtiyac var. Bankın rəhbərliyin belə mövqeyinə heç kim şübhə etmir, oktyabrın sonunda keçiriləcək iclasdaproqramın bağlanması mövzusu heç müzakirə olunmayacaq - müzakirə olunan məsələlər geri alınma proqramının 60 mlrd. avrodan 30 mlrd. avroya qədər azaldılması və proqramın yanvardan hansı müddətə uzadılması olacaq. Həcm barədə demək olar ki, hazırda 25-40 mlrd. avro arasında olan rəqəm müzakirə edilir. Ən real hadisələr kimi proqramın aylıq həcminin 30 mlrd. avro səviyyəsində müəyyən edilməsidir. Eyni zamanda Bankın rəhbərliyi mütləq çevik addımların atılması üçün manevr imkanlarını sərəncamında saxlayacaq. Bununla da qərarın şərhində lazımı olan halda həcmin artırılması, müddətin isə uzadılması mümkünlüyü qeyd oluna bilər.

 

Hər halda 2,5 ildən sonra yumşaq monetar siyasətinin tədricən sərtləşdirilməsi bütün avrozonaya siqnaldır. İqtisadi inkişafı hadisələrin lazımı olan istiqamətində "gedir" və əgər proqramın tam bağlanması barədə söhbət getmirsə, bu ehtiyatlanmaqla izah olun bilər. Unutmaq lazım deyil ki, ümumilikdə sözügedən stimullaşdırıcı siyasət hansı səbəbdən "işə salınıb". Bu səbəb böhrandan çıxışın bərpa olunması ehtiyacıdır. Əgər proqram tədricən darlaşdırılırsa, deməli böhranın izləri artıq geri qalıb. Qeyd etmək lazımdır ki, məsələyə yaxın olan mənbələr (məlumatı mətbuata buraxanlar) özləri də vurğulayırlar ki, indi geri alınma üzrə aylıq həcm elə də vacib deyil, həmçinin müddət də böyük əhəmiyyətə malik deyil - əsas mahiyyət proqramın darlaşlaşması ilə onun hələlik davam etdirilməsidir.

 

Dərhal reaksiya

 

Maraqlısı odur ki, yuxarıda qeyd olunanlar barədə məlumat dərc olunandan sonra (12 oktyabr) maliyyə bazarında elə də ciddi reaksiya müşahidə olunmur, avronun məzənnəsi sabit qalıb və olduğu kimi 1,1830 dollar səviyyəsindədir, dövlət istiqrazları üzrə gəlirliyin dinamikası da adi dəhlizində dəyişir, amma ümumi dinamika istiqrazlar üzrə gəlirliyin azalmasını göstərir. Bu, birmənalı olaraq onu deyir ki, maliyyə bazarı AMB-nin monetar siyasətinin müəyyən dərəcədə sərtləşdirilməsi barədə məlumatı müsbət qarşılayıb. Əslində, başqa reaksiyanı, həmçinin həddən artıq çevik və ciddi reaksiyanı gözləmək lazım deyil, çünki bu cür qərar artıq gözləniləndir. Buna səbəb həmçinin ondan ibarətdir ki, bazar iştirakçıları, iqtisadçıları, analitikləri və investisiya məsləhətçiləri Avrozonada makroiqtisadi statistikanı AMB-nin şərhləri olmadan da təhlil edirlər və bu statistika əsasında monetar siyasətinin bu yaxınlarda ya tam bağlanması, ya da darlaşması gözləntiləri yaranıb.

 

Həmsərhəd məsələlər

 

Qiymətli kağızların geri alınmasının aylıq həcminin azaldılması ilə müvafiq proqramının uzadılması üzrə gözlənilən qərardan başqa AMB və Avropanın digər maliyyə tənzimləyiciləri müxtəlif digər vacib məsələləri reallaşdırır. Bu məsələlərin həmin proqrama ilk baxışdan aidiyyəti yoxdur, lakin maliyyə sahəsində intizamın artırılması və ümumilikdə sabitləşməsinə yönəldilir. Biz buna o səbəbdən diqqət yetirməyə çağırırıq ki, fikrimizcə, monetar siyasətində dəyişikliklər edilməsi zamanında maliyyə bazarında intizamın və şəffaflığın artırılması üçün zəruri və vacib komponentdir. Məsələn, Avropa qiymətli kağızlar bazarı üzrə nəzarəti İdarəsi və digər maliyyə tənzimləyiciləri tərəfindən hazırlanmış, Maliyyə bazarları alətləri üzrə yeni Direktiv və Tənzimləyici sənəd yanvar ayından qüvvəyə minəcək ki, maliyyə bazarı iştirakçıları həmin sənədləri olduqca vacib hesab edir. Sənədlər ilk növbədə bazarda investorların müdafiəsi, məlumatların açıqlanması, yeni maliyyə qurum kateqoriyasının tətbiqi, investisiya məsləhətləşmələri sahəsinin tənzimlənməsi, yeni törəmə qiymətli kağızlar alətlərin tətbiqi kimi yenilikləri nəzərdə tutur. Həmin sənədlər artıq bir neçə aydır ki, İdarə tərəfindən müxtəlif səviyyədə təbliğ edilir.

 

Bundan əlavə Mərkəzi Bank oktyabrın əvvəlində banklara istiqamətlənən problemli kreditləri üzrə yeni təlimat hazırlayıb və ictimai müzakirələrə çıxarıb. Əlavə olaraq, AMB və üzv ölkələrin mərkəzi bankların nümayəndələri və Avropanın Bank İdarəsi (European Banking Authority - EBA) müşayiətçi qismində xüsusi işçi qrup yaradıb ki, həmin qrup avrozonada problemli bank kreditlərin məsələsi ilə və onun makroiqtisadi təsiri ilə məşğul olacaq. Problemli kreditlərin böyük hissəsinin böhran nəticəsində yaranmasını qeyd edən AMB eyni zamanda belə kreditlərin 865 mlrd. avro həcmində olması barədə ciddi narahatlığı bəyan edir. AMB məsələyə həmçinin Avropa Parlamentini qoşub. Avropa bank nəzarəti İdarəsinin rəhbəri Daniela Nui Avropa Parlamentinin prezidenti Antonio Tayaniya müvafiq məktub göndərib. Məktubda  bir tərəfdən mandatı çərçivəsində AMB-nin qərarı barədə məruzə edilib, digər tərəfdən isə qanunvericilik orqanı səviyyəsində həmin problemin ciddi olduğuna diqqət cəlb edib. Təlimat üzrə ictimai müzakirələr dekabrın 8-nə kimi davam etdiriləcək ki, ondan sonra təqdim edilmiş şərhlər təhlil ediləcək və yekun sənəd qəbul ediləcək.

 

Beləliklə, demək olar ki, stimullaşdırma proqramının dəyişikliklərlə paralel olaraq Avrozonanın maliyyə tənzimləyiciləri ilk baxışdan görünməyən, amma ümumi makroiqtisadi sabitliyinə xidmət edən bəzi sənəd və qərarları qəbul edir. Bu, bir tərəfdən adi proqressiv işlərdir, digər tərəfdən isə onlar mütləq monetar siyasətinin sərtləşdirilməsi nəticəsində baş verən keçidin mümkün olan mənfi təsirini neytrallaşdırır.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
  • imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya
    İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum...
imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285