FED-in qərarından sonra yumşaq valyutalar rahat nəfəs ala bilər - TƏHLİL

fed in qerarindan sonra yumsaq valyutalar rahat nefes ala biler tehlil

İyunun 14-15-də keçirilmiş ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) növbəti iclasında faiz dərəcələri əvvəlki səviyyədə saxlanılıb. Beləliklə, yaxın zamanlar ərzində faiz dərəcələri 0,25%-0,5% kimi qalacaq. İclasdan sonrakı məlumatlara görə, FED-in qərarı ABŞ iqtisadiyyatının əsas göstəricilərinin hədəf göstəricilərindən hələ də aşağı olduğu ilə əlaqəlidir. İlk növbədə bunlar inflyasiyadır və əmək bazarının vəziyyətidir. Beləliklə, ABŞ-da inflyasiyanın səviyyəsi apreldə 1,1% təşkil edib ki, bu da hədəf olan 2%-lik göstəricisindən, görünən kimi, çox aşağıdır. Əvvəllər dəfələrlə bəyan edilmişdir ki, FED-in faiz dərəcələrinin qaldırılmasının əsas şərti inflyasiyanın 2%-ə çatmasıdır. Qeyd edək ki, faiz dərəcələri ötən ilin dekabrında qaldırılıb ki, o zaman inflyasiya gözləntiləri hədəfə yaxınlaşması üçün ümidverici idi. İnflyasiyanın indiki səviyyəsi isə aşağı kimi qiymətləndirilir ki, belə olan halda pul-kredit siyasəti sərtləşdirmək məqsədəuyğun deyil. Bu aydındır, əgər inflyasiya hədəf göstəricisindən aşağıdır, deməli, iqtisadiyyatın inkişaf templəri lazımı səviyyədə deyil, bu isə öz növbəsində yumşaq pul-kredit siyasətinin davam etdirilməsinin zərurətini göstərir.


Əmək bazarın vəziyyəti isə daha da kəskindir. Son hesabat dövründə, əlbəttə ki. Çünki son aylar ərzində əmək bazarında vəziyyət çox ümidverici idi - işsizlik səviyyəsi 5%-dən aşağı düşmüşdür, açılan yeni iş yerlərin sayı isə adətən proqnozlardan yüksək idi. Amma may ayında cəmi 40 minə yaxın yeni iş yeri açılıb ki, bu da 6 illik minimumudur. Bu daha bir sübutdur ki, məhz indi ABŞ iqtisadiyyatında, bəlkə bir çoxları üçün gözlənilməz olaraq, mənfi tendensiyalar yaranıb. Həmin göstəricilər FED-in planlarını müəyyən mənada alt-üst edib, çünki planlaşdırılmışdır ki, bu il ərzində faiz dərəcələr iki mərhələ ilə qaldırılacaq. Vurğulamaq lazımdır ki, faiz dərəcələrin qaldırılması pul-kredit siyasətin sərtləndirilməsi deməkdir və beləliklə, FED-in planlarından geri çəkilməsi onu göstərir ki, ABŞ-da yumşaq pul-kredit siyasəti hələ müəyyən vaxt ərzində davam edəcək. Yumşaq pul-kredit siyasəti isə o deməkdir ki, borcalma üzrə faizləri aşağı səviyyədə qalacaq və eyni zamanda dolların möhkəmlənməsi üçün makroiqtisadi və monetar əsasları olmayacaq.

Qeyd edək ki, ötən dekabrın ortalarında faizlərin qaldırılması barədə FED-in qərarından sonra dollar müəyyən dərəcədə möhkəmlənib, sonra avro-dollar cütlüyünün dəyişkənliyi müşahidə olunurdu. Bu, martın əvvəlinə kimi davam olunurdu ki, həmin vaxt FED-in növbəti iclası gözlənilirdi və müxtəlif proqnozlar verilirdi. Martın 15-16-da faizlərin qaldırılmaması barədə qərarın qəbul edildikdən sonra avronun kəskin bahalaşması başlayıb ki, məzənnə qısa müddət ərzində 1,1-dən 1,14-dək qalxıb ki, indi isə məzənnə 1,2-1,3 dollar səviyyəsindədir. Gözləmək olar ki, indiki iclasdan sonra da məzənnələr sabit qalacaq. Hələlik bu, faktlarla sübut olunur ki, dollar əsas dünya valyutalara qarşı ya sabit qalıb, ya da bir az ucuzlaşıb. Ümumilikdə isə tendensiya belədir ki, son zamanlar dolların dünya bazarlarında məzənnəsi əsas olaraq FED-in addımlarından asılı olur, sonradan isə dolayı məzənnə çevrilmələrlə dünya bazarlarında birbaşa kotirovka olunmayan sərbəst dönərli olmayan valyutalar dollara, hətta avroya qarşı ucuzlaşmağa başlayır. Bu, məsələn, rubl, manat, tenqe, qrivna kimi valyutalarda əyani görünür. Daxili amillərdən başqa həmin valyutalara dolların dünya bazarlarında vəziyyət təsir edir. ABŞ-da yumşaq pul-kredit siyasəti davam etdikdə, dollar möhkəmlənmir və bunun nəticəsində yumşaq regional valyutalar ucuzlaşmır.

 

Faktiki olaraq, FES tərəfindən faiz dərəcələrin qaldırılmaması yumşaq valyutalar üçün sevindirici haldır. Əsasən də, söhbət neft ixrac edən ölkələrdən gedir, çünki neftin artıq uzun müddət ərzində ucuz olması həmin ölkələrin milli valyutalarının dəstək edilməsi imkanlarını kəskin azaldıb, əksər ölkələr isə, o cümlədən, Azərbaycan artıq üzən məzənnə siyasətinə keçib, çünki məzənnənin sabit saxlaması üçün valyuta intervensiyaların edilməsi artıq mənasız olub. Beləliklə, manatın sabit qalması üçün tək daxili amillər, o cümlədən dollara ölkə daxilində tələbat, tədiyyə balansın vəziyyəti, xarici ticarətdə profisitin və ya kəsirin olması kimi amillər kifayət etmir, dünya bazarlarında dolların vəziyyəti, bəlkə də həlledici rolunu oynayır. Bu səbəbdən FED-in qərarı yumşaq valyutalara dolayı yolla və ya birbaşa təsir edir. Bundan əlavə dolların möhkəmlənməsi ardınca neftin ucuzlaşmasına aparır ki, bu da neft ixrac edən ölkələr üçün əlverişli deyil. Qeyd edək ki, həm Azərbaycan Mərkəzi Bankı, həm, məsələn, Rusiya Mərkəzi Bankı bəyan edir ki, FED-in faiz dərəcələrin qaldırılması və ya yox milli valyutalara kiçik səviyyədə təsir edir (və ya ümumiyyətlə təsir etmir), amma bu sadəcə olaraq reallığı inkar etməkdir. Məsələn, dekabrda faiz dərəcələrin qaldırılması səbəbindən rubl təxminən 5-6% itirmişdir, manata gəlincə isə vəziyyət daha maraqlıdır. Belə ki, faizlərin qaldırılması barədə qəbul edildiyi FED-in iclasının yekunları dekabrın 16-da elan edilmişdir, dekabrın 21-də, yəni cəmi iki iş gündən sonra manatın devalvasiyası həyata keçirilmişdir. Təsadüfdürmü? Yoxsa ondan sonra məlum olunmuşdur ki, manatın süni şəkildə dəstəkləmək artıq tam olaraq mənasızdır? Hər halda manatın (rublun, tenqenin və s.) taleyi dollarla sıx bağlıdır.

 

FED yumşaq pul-kredit siyasətini davam etdirmək niyyətindədir və bu ən azı qısamüddətli perspektiv üçün sevindirici xəbərdir. FED-in yaxın iclası iyulun 26-27-də gözlənilir. Ola bilər ki, o zaman faiz dərəcələri qaldırılacaq, amma bu ilin əvvəlində səsləndirilən FED-in ölkə iqtisadiyyatı, o cümlədən inflyasiya və əmək bazarı haqqında müsbət gözləntilər özünü doğrultmur və, əsas olaraq, indi ritorika bir qədər dəyişib, qətilik yoxdur. Proqnoz vermək çətindir, amma makroiqtisadi inkişaf indi kimi olsa, iyulda da ABŞ-da pul-kredit siyasətin sərtləşdirilməsi ehtimalı aşağıdır. Yumşaq valyutalar yaxın zamanlar "rahat nəfəs ala bilərlər".

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda avtomobil ehtiyat hisseleri yanib
    Sumqayıtda avtomobil ehtiyat hissələri yanıb
  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ