Azərbaycanı Avropa Voleybol Konfederasiyasının Baş Assambleyasında Cəlil Cəfərov təmsil edəcək

Azərbaycanı Avropa Voleybol Konfederasiyasının Baş Assambleyasında Cəlil Cəfərov təmsil edəcək
# 26 sentyabr 2019 12:15 (UTC +04:00)

Bu gün Fransanın paytaxtı Parisdə Avropa Voleybol Konfederasiyasının (CEV) 40-cı Baş Assambleyası start götürür.

APA-nın məlumatına görə, 2 gün davam edəcək tədbirdə Azərbaycan da təmsil olunur.

Assambleyaya Voleybol Federasiyasını baş katibi Cəlil Cəfərov qatılıb.

Yığncaqda CEV-in 2019-cu il mövsümünün maliyyə hesabatı təqdim olunacaq. Daha sonra voleybolun Avropada daha geniş formada yayılmasına dair müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq.

Eyni zamanda, assambleyada Şərqi Avropa Voleybol Assosiasiyasının (EEVZA) iclası keçiriləcək. Burada çimərlik voleybol, qar voleybolu və gənc komandalar arasında keçiriləcək turnirlərlə bağlı müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR