Avqustun 25-26-da Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında çimərlik voleybolu üzrə yarış keçirilib və FHN-in kişilərdən ibarət çimərlik voleybolu üzrə komandası həmin yarişda çempion adını qazanıb.
FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev komandanın üzvləri ilə görüşüb.
Görüş zamanı F.Musayev qazanılan qələbənin əhəmiyyətindən danışıb, komanda üzvlərini təbrik edərək onlara uğurlar arzulayıb.