İspaniya turizmdən 49 mlrd. avro gəlir əldə edib

İspaniya turizmdən 49 mlrd. avro gəlir əldə edib
# 12 yanvar 2011 08:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində İspaniya turizm sahəsindən 49 mlrd. avro gəlir əldə edib. «APA-Economics»in məlumatına görə, bunu İspaniyanın sənaye, turizm və ticarət naziri Migel Sebastyan bildirib.

Onun sözlərinə görə, ötən il İspaniyanı 53 mln. turist ziyarət edib ki, bu da 2009-cu illə müqayisədə 800 min və ya 1,4% çoxdur. Bununla da İspaniya 2004-cü ilin göstəricisinə (53,6 mln. turist) yaxınlaşa bilib.

Hesabat ilində İspaniya turizm sahəsindən 49 mln. avro gəlir əldə edib ki, bu da 2009-cu ilə nisbətən 2,5% çoxdur. Orta hesabla hər turist İspaniyada 930 avro xərcləyib ki, bu da 2009-cu illə müqayisədə 0,3% çoxdur. Hər turistin orta günlük xərci 98 avro təşkil edib.

Qeyd edək ki, 2010-cu ildə İspaniyaya Rusiya və Hollandiyadan gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Almaniya və Böyük Britaniyadan gələn turistlərin sayında isə müvafiq olaraq 1% və 6% azalma qeydə alınıb.

Xatırladaq ki, İspaniyanın turizm sahəsindən əldə etdiyi gəlir ümumi dövlət büdcəsinin (351 mlrd. avro) 14%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR