Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətləri və mehmanxana rəhbərlərinə müraciət edib

Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətləri və mehmanxana rəhbərlərinə müraciət edib
# 24 yanvar 2011 15:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA-Economics. Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətləri və mehmanxana rəhbərlərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə bildirilib ki, Azərbaycan Turizm İnstitutunun Turizm Təlim Mərkəzində qida və içki bölməsi (servis, bar, restoran, styuard), aşpaz və qənnadı ustası, qeydiyyat bölməsi/ön büro (reception, reservation, konserj), housekeeping bölməsi (təmizlik xidmətləri, camaşırxana), turagent ve turoperator fəaliyyəti və bələdçi istiqamətlərində kurslar həyata keçirəcək. Kurslarda 16 yaşı tamam olmuş orta və natamam orta təhsil almış şəxslər iştirak edə biləcəklər.

Turizm sahəsində bələdçi hazırlama proqramına yalnız ali təhsili, ən azı bir xarici dildə (rus, ingilis, alman, fransız) orta-yüksək və yüksək səviyyədə danışıq bacarığına malik olan şəxslər qəbul ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR