Azərbaycan ilk dəfə olaraq Almaniyanın Ştutqart şəhərində keçirilən beynəlxalq turizm sərgisində iştirak edib - FOTO

Azərbaycan ilk dəfə olaraq Almaniyanın Ştutqart şəhərində keçirilən beynəlxalq turizm sərgisində iştirak edib - <font color=red>FOTO</font>
# 27 yanvar 2011 14:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA-Economics. Azərbaycan ilk dəfə olaraq Almaniyanın Ştutqart şəhərində keçirilən “CMT-2011” beynəlxalq turizm sərgisində təmsil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumatda bildirilib ki, beynəlxalq sərgidə Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun əməkdaşları V.Şixəmmədov və C.Kəlbəliyev iştirak edib.

Azərbaycan adıçəkilən sərgidə ilk dəfə iştirak edib. Sərgidə Mədəniyyət və Turizm Nazirliyi 36 kv. m-lik stendlə təmsil olunub. Sərgi müddətində Azərbaycanın stendinə çoxlu sayda yerli ziyarətçilər gəlib. Azərbaycana səfər etmək marağında olanlara ölkəmizlə bağlı ətraflı məlumatlar verilib, respublikamızın zəngin turizm potensialına malik olması alman və ingilis dillərində buklet və xəritələr vasitəsilə nümayiş etdirilib. Sərgidə 300 000 yaxın ziyarətçi iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR