Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı yaradılan İşçi Qrupunun iclası keçirilib

Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı yaradılan İşçi Qrupunun iclası keçirilib
# 04 fevral 2011 14:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA-Economics. Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyində yaradılmış İşçi Qrupunun toplantısı keçirilib.

APA-Economics”in məlumatına görə, toplantıda müxtəlif təşkilatlardan İşçi Qrupuna daxil olmuş 80-ə yaxın təklif müzakirə edilib.

Müzakirələrin nəticəsi olaraq İşçi Qrupunun ilkin layihəsi hazırlanıb. Layihə bir daha nəzərdə keçirildikdən sonra Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunacaq.

Toplantıda məlum olub ki, Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı tədbirlər planının hazırlanması üçün Mədəniyyət və Turizm Nazirliyində yaradılmış İşçi Qrupa turizm fəaliyyəti ilə məşğul olan qurumlardan təkliflər daxil olmaqda davam edir.

İşçi Qrupunda təmsil olunan Azərbaycan Turizm Şirkətləri Assosiasiyası (AZTA) da bir sıra təkliflər hazırlayaraq İşçi Qrupuna təqdim edib. Qurum tərəfindən 30-a yaxın təklif hazırlanıb. Bu təkliflərin 14-ü mehmanxanaların fəaliyyətinə aiddir. Bu təkliflər arasında hotel biznesinin inkişafı ilə əlaqədar Azərbaycan Turizm İnstitutunda hotelçilik fakültəsinin açılması, MDB, Avropa və dünyanın digər ölkələrində Azərbaycan turizminin inkişafının təbliği, hotel və restoran biznesində yeni texnologiyaların tətbiqi, turizm mütəxəssislərinə və turizm təhsili alanalara kömək məqsədilə AZTA-nın “Hotel” jurnalının nəşr olunması, turizm, hotel, restoran və ekskursiyaya aid dərs vəsaitlərinin az olduğunu və bunlara olan tələbatı nəzərə alıb kitabların nəşrini sürətləndirmək və stimullaşdırmaq, Mədəniyyət və Turizm Nazirliyinin yerli idarə və şöbələrinin köməyi ilə orta məktəb şagirdlərinin Bakıya və regionlara ekskursiyaların təşkili, hotellər arasında müsabiqələrin, o cümlədən hotel restoranlarında kulinariya müsabiqələrinin təşkili, milli yeməklərimizin təbliği və digərləri var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR