Azərbaycan İstanbulda keçirilən “EMİTT 2011” beynəlxalq turizm sərgisində iştirak edib

Azərbaycan İstanbulda keçirilən “EMİTT 2011” beynəlxalq turizm sərgisində iştirak edib
# 18 fevral 2011 12:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İstanbulda keçirilən “EMİTT 2011” beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi növbəti dəfə iştirak edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, sərgi zamanı daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov, tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi N. Eminov, Azərbaycan Mahnı və Rəqs Ansamblının nümayəndələri, “Millenium turizm və Konqress”, “Granit AS Travel”, “Geo Travel”, “Didare Melal Travel”, “Greenwich” turizm şirkətləri, “Days Hotel”, “Avropa Hotel” və “Alp İnn” mehmanxanaları iştirak ediblər. “Gilan Turizm” turizm şirkəti sərgidə ölkəmizi xüsusi stendlə təmsil edib.

Sərginin rəsmi açılış mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Gunay və digər rəsmi şəxslər iştirak ediblər. Sərgidə dünyanın 50-dən çox ölkəsinin rəsmi turizm qurumları, turizm şirkətləri və mehmanxanalar təmsil olunurlar. Sərginin açılış mərasiminin sonunda Azərbaycanın milli rəqs nümunələri nümayiş olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR