Bu il Azərbaycana gələn turistlərin sayının 10% artacağı gözlənilir

Bu il Azərbaycana gələn turistlərin sayının 10% artacağı gözlənilir
# 11 may 2011 10:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. «Azərbaycanda Turizm İli çərçivəsində yeni normativ-hüquqi aktların hazırlanması və tətbiqinə daha çox əhəmiyyət verməliyik. Bu istiqamətdə həyata keçiriləcək əsas işlərdən biri Azərbaycanda turizm statistikasının yenidən qurulması və xidmətlərin təsnifatının müəyyənləşdirilməsidir». APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib: «Azərbaycanda müxtəlif kateqoriyalı turist xidmətləri göstərilməlidir. Turist xidmətlərinin təsnifatı isə daxili turizmdə çeşidliliyi təmin etməyə qadir olan sənəd olacaq».

Nazir qeyd edib ki, bu il Azərbaycana ötən ilə nisbətən 10% artıq turistin gələcəyi gözlənilir: «Bu, real hesablamalara əaslanan göstəricidir. Ümumdünya Turizm Təşkilatının sənədlərində son 2 il ərzində Azərbaycanda bu sahədə ən yüksək inkişaf tempinin olduğu qeyd edilir. Düşünmürük ki, bu dərəcəni saxlamaq mümkündür. Amma Azərbaycanda görülən işlər, yeni layihələr ölkəyə turist səfərlərini təşkilinə müsbət təsir göstərəcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR