Azərbaycanın bölgələrində mehmanxana strukturlarında çalışanlar üçün təlim-tədris kursları təşkil olunacaq

Azərbaycanın bölgələrində mehmanxana strukturlarında çalışanlar üçün təlim-tədris kursları təşkil olunacaq
# 17 may 2011 09:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Turizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm İnstitutunun, Milli Kulinariya Mərkəzinin, Türk Əməkdaşlığı və İnkişaf İdarəsinin (TİKA) dəstəyi ilə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən APA-ya verilən məlumata görə, bununla əlaqədar, Şimal-Qərb bölgəsi üzrə mayın 20-dən 30-na kimi İsmayıllı rayonunda, Cənub bölgəsi üzrə mayın 25-dən iyunun 5-nə kimi Lənkəran şəhərində, Şimal bölgəsi üzrə iyunun 1-dən 10-na kimi Xaçmaz rayonunda, Qərb bölgəsi üzrə isə 5 -10 iyun tarixlərində Gəncə şəhərində xidmət sahəsi üzrə təlim-tədris kurslarının keçirilməsi planlaşdırılır. Təlim-tədris kurslarında əsasən mehmanxana idarəçiliyi, qeyd-qəbul, masa xidməti, xadiməçilik və aşpazlıq ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər, Azərbaycan Turizm İnstitutunun və Milli Kulinariya Mərkəzinin mütəxəssisləri tədris edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR