Mədəniyyət və Turizm Nazirliyi şagirdlərin qoruq və muzeylərə səfərlərinin təşkili ilə bağlı Təhsil Nazirliyinə müraciət edib

Mədəniyyət və Turizm Nazirliyi şagirdlərin qoruq və muzeylərə səfərlərinin təşkili ilə bağlı Təhsil Nazirliyinə müraciət edib
# 29 mart 2012 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Təhsil Nazirliyi şagirdlərin qoruq və muzeylərə səfərlərinin təşkili ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyib. “APA-Economics”in xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, əksinə, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyinə təkliflə müraciət edib ki, məktəblilər müəyyən dərslərini Azərbaycanın qoruq və muzeylərində keçsinlər: “Eyni zamanda biz daha çox şagirdi teatrlara cəlb etmək niyyətindəyik. Çünki teatra sevgi uşaqlıqdan başlayır”.

Ə.Qarayev qeyd edib ki, artıq nazirliyin nəzdində fəaliyyət göstərən incəsənət məktəbləri müəyyən dərslərini Azərbaycanın qoruq və muzeylərində keçməyə başlayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR