Mədəniyyət və Turizm Nazirliyi bir neçə turizm şirkətinə lisenziya verib

Mədəniyyət və Turizm Nazirliyi bir neçə turizm şirkətinə lisenziya verib
# 01 iyun 2012 10:26 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA-Economics. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Nazirliyin turizm şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, lisenziya “Alean Company”, “Sahil Travel”, “AYF Safari İnternational”, “Bakı-Tur” və “Fun Travel” şirkətlərinə təqdim edilib. Bu şirkətlərin hər biri paytaxt Bakıda fəaliyyət göstərir.

Məlumatda bildirilib ki, Azərbaycan prezidentinin 02.09.2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Azərbaycan Nazirlər Kabinetinin 07.11.2002-ci il tarixli, 174 nömrəli və 05.12.2008-ci il tarixli “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” Qərarlarına uyğun olaraq verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR